HAqqımızda

BİDA: BİNA İDARƏETMƏ ALƏTİ

“Bina İdarəetmə Aləti” həm android, həm də ios istifadəçiləri üçün mobil tətbiq, eyni zamanda web üzərindən istifadə oluna bilən rəqəmsal platformadır.

Təqdim etdiyimiz platforma istənilən növ müştərək mülkiyyətli daşınmaz əmlakları, xüsusilə yaşayış binaları, rezidenslər və çoxfunksiyalı əmlak komplekslərini asan idarə etmək üçün sizə lazım olan rəqəmsal həlləri təqdim edir.

“Bida İdarəetmə Aləti” bir CAFM (Computer-Aided Facility Management) platformasınıdır. Bununla yanaşı bu platforma həm ERP, həm də CRM funksiyalarına da malikdir.

BİDA sizə istifadə etdiyiniz digər proqramlarla inteqrasiya imkanları təqdim edir. Bu platformanı artıq istifadə olunan ERP və ya ödəniş sisteminə inteqrasiya etməklə məlumatların qarşılıqlı və davamlı axınını təmin etmək və prosesləri tamamlamaq mümkündür.

BİDA davamlı olaraq inkişafdadır. Platformada ilkin mərhələdə təqdim olunan imkanlar binaların idarə edilməsi üçün əsas funksiyaları özündə birləşdirir. Lakin növbəti mərhələlərdə yeni funksiyaların əlavə olunması proqramın dəyişən bazar tələblərinə uyğunlaşmasını təmin edən əsas istiqamətlərini müəyyənləşdirir.

Əmlak İdarəetməsİndə hər cür tələblərİ nəzərə alan tam rəqəmsal həll təklİf edİrİk.

Təqdimatı izlə

Əsas HədəfİMİZ

Əsas hədəfimiz bina idarə edənlərin və binadan istifadə edənlərin rahatlığıdır.

BİDA platforması istifadəçilərin rəylərini diqqətə almaqla öz xidmətlərini daim təkmilləşdirməyi, istifadəçi məmnuniyyətini artırmağı və bina idarəetməsində daim zirvələrdə olmağı hədəfləyir.

Nİyə BİDA?

BİDA platforması binaların idarə olunmasında hər iki tərəfə xidmət göstərir.

Bir tərəfdən, binanı idarə edən təşkilat, MTK və ya idarəedici şirkət bu platforma vasitəsilə fəaliyyətlərini daha səmərəli, sürətli və rahat təşkil edə bilir.

Digər tərəfdən, əmlakın istifadəçiləri, sahə mülkiyyətçiləri, sakinlər, icarəçilər binadakı xidmətlərdən, rahatlıqdan və sürətdən öz bəhrəsini götürə bilir.

İdarəedici şirkət üçün:
Portfeldə olan bütün əmlakların bir mərkəzdən idarə edilməsi
Yeni əmlakın və mülkiyyət sahələrinin asan əlavə olunması və səhvlərin avtomatik yoxlanması
Sahə mülkiyyətçilərinin, sakinlərin və icarəçilərin asan və sürətli məlumatlandırılması
Xidmət haqlarının avtomatik hesablanması və bildirişlərin elektron göndərilməsi
Fəaliyyətin hesabatlarla izlənməsi, bilgili qərarların verilməsi üçün lazımi alətlərin təmin edilməsi
İstifadəçilər üçün:
Binadakı problemlərin rahat formada idarəedici tərəfə çatdırılması
Mənzil və icarə sahələri üçün fərdi xidmət sifarişləri
Qonaqların öncədən qeydiyyatı və sürətli keçid
Binadakı müxtəlif sahələrin asan bron edilməsi
Xidmət haqqı hesablamalarının və ödənişlərin izlənməsi və rahat ödənişlər
Binanın digər sakinləri və idarəedici təşkilatın əməkdaşları ilə sürətli əlaqə imkanları

Əmlaklarını İdarə et