Platforma
Əlavə məlumat üçün:
Həm mənzil mülkiyyətçiləri və bina sakinləri, həm də binanı idarə edən təşkilatın və ya şirkətin əməkdaşları üçün vahid bazalı platforma sizin istifadənizə təqdim edilir.
Portfeldə olan bütün əmlakları say məhdudiyyəti olmadan platformada qeydiyyata ala və bir mərkəzdən idarə edə bilərsiniz.
Həm bina idarəediciləri, həm də əmlakın istifadəçiləri istənilən yerdə, istənilən cihazdan bu platformaya daxil ola bilərlər. BİDA platforması Android, İOS və ya Web tətbiq formasında həm telefonda, həm planşetdə, həm də kompüterlərdə istifadə edilə bilər.

İdarəedici ilə əmlak istifadəçiləri arasındakı istənilən növ məlumat mübadiləsinin asan idarə olunması mümkündür.
Bura, əmlak istifadəçilərinə müxtəlif bildirişlərin göndərilməsi, sorğuların keçirilməsi, təklif və şikayət imkanları və digər daxili kommunikasiyalar daxildir.
İstifadəçilər platformadan istifadə etməklə bina idarəediciləri ilə, eləcə də digər əmlak istifadəçiləri və qonşuları ilə sürətli əlaqə imkanları əldə edirlər.

İdarəetmənin avtomatlaşdırılması, istəyə uyğun hesabatlar və rollara uyğun giriş imkanları platformanın verdiyi əsas üstünlüklərdən biridir.
Əmlakı idarə edən təşkilat və ya şirkət gedişatı izləmək və bilgili qərarlar vermək üçün müxtəlif daşbordlardan və hesabatlardan istifadə edə bilirlər.
Eyni zamanda, əmlak istifadəçiləri də öz xidmətlərini, borclarını, ödənişlərini, yazışmaları və digər məlumatları telefonundan izləməklə, binada baş verənlər haqqında davamlı məlumatlı olurlar.
Hər hansı yenilik, xidmətlərin görülməsi, borclar haqqında məlumat və digər əməliyyatlar elektron bildirişlər vasitəsilə anında istifadəçinin cibinə daxil olur.

Şəffaflıq BİDA platformasının ən əsas xüsusiyyətlərindən biridir. Xüsusilə borc hesablaması və ödənişlərə gəldikdə, dəqiqlik, şəffaflıq və sürət həm əmlak istifadəçilərinə, həm də binanı idarə edənlərə lazım olan faydaların başında gəlir.
Aylıq kommunal haqqı və standart xidmətlərin avtomatik hesablanması və bildirişlərin elektron qaydada göndərilməsi platformanın yaratdığı əsas üstünlüklərdən biridir.
İstənilən borc hesablamasının açıqlaması, ödəniş tarixçələrinin izlənməsi və onlayn ödənişlərin rahatlığı xidmətin hər iki tərəfində duran istifadəçinin arzularına xitab edir.

Binanı idarə edən təşkilat, MTK və ya digər idarəedici şirkət ümumi əmlakın saxlanması fəaliyyətini bu platformanın köməyi ilə daha da təkmilləşdirmə imkanı əldə edir.
Həm idarəedici şirkətin əməkdaşları, həm də binada yaşayan sakinlər və ya icarəçilər qarşılaşdıqları problemi və ya çatışmazlığı BİDA üzərindən sorğu formasında qaldıra və nəticələri izləyə bilir.
Bundan başqa, sakinlər və icarəçilər binada göstərilən müxtəlif fərdi xidmətləri bu platforma üzərindən sifariş etmə imkanı əldə edirlər.

BİDA sizə əmlakınızda baş verənləri daim nəzarətdə saxlamağa və dəyişiklikləri izləməkdə yardımçı olur.
Platformanın verdiyi imkanlarla siz lazımi məlumatları yaxından izləyə bilirsiniz. Elektron bildirişlər sizə hər hansı önəmli məsələni qaçırmamağınız üçün lazımi dəstəyi təmin edir.

SİZ DƏ BİDA AİLƏSİNƏ QOŞULUN
Sizin istəyinizlə qısa zamanda işinizi rəqəmsallaşdırmağa hazırıq. İlkin qoşulma və davamlı texniki dəstəyimiz sizin xidmətinizdədir.